Azərbaycan boksçusu Alfonso Dominqes Liverpulda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, 90 kq-da mübarizə aparan millinin lideri 1/4 finalda Emrah Yaşarla (Türkiyə) üz-üzə gəlib.
Döyüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. Dominqes rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Boksçumuz bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.
Alfonso yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə qarşılaşacaq. Görüş sentyabrın 12-də olacaq.
Qeyd edək ki, axşam sessiyasında Səidcəmşid Cəfərov (75 kq) da 1/4 final döyüşünə çıxacaq.
- Azərbaycan boksçuları Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklər
- 3 boksçumuz Dünya kubokunda mərhələ adlayıb
- İki boksçumuz Dünya kubokuna qələbə ilə başlayıb
- Azərbaycanın yeniyetmə boksçuları Serbiyadakı Millətlər Kubokunda 13 medal əldə ediblər
- Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar