Alfonso Dominqesin finaldakı rəqibi bəlli olub
05.08.2024 - 09:32
Boksçumuz Alfonso Dominqesin Paris-2024 Yay Olimpiya Oyunlarının finalındakı rəqibi bəlli olub.
Apasport.az xəbər verir ki, 92 kq çəkidə yarışa idmançımızın həlledici döyüşdəki rəqibi Lazizbek Mullojonov olacaq.
Özbəkistanı təmsil edən boksçu yarımfinalda tacikistanlı Davlat Boltayevi məğlub edib. Həlledici görüş avqustun 9-da baş tutacaq.
Qeyd edək ki, Dominqes 1/2 finalda Enmanuel Reyes Playa (İspaniya) 4:1 hesabı ilə qalib gəlib.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar
0
0