Avropa çempionatı: 4 boksçumuz finalda
14.07.2025 - 13:13
Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. Yarışda Azərbaycan millisinin 4 qız idmançısı finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, boksçularımızdan Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq) və Səma Abbasova (66 kq) iyulun 15-də həlledici görüşlərə çıxacaqlar.
Digər milli üzvlərindən Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) yarımfinalda məğlub olduqları üçün birinciliyi bürünc medalla başa vurublar.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar
0
0