Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin iki idmançısı döyüşünü qələbə ilə başa vurub.
70 kq-da Rza Rzayev Qleb Herdtlə (İsrail) qarşılaşıb. Boksçumuz 1/16 final çərçivəsində rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, növbəti görüşündə ilk mərhələdən azad olan Akaki Basaria (Gürcüstan) üz-üzə gələcək.
Abbasqulu Şadlinski (75 kq) də Avropa çempionatına qələbə ilə başlayıb. Təmsilçimiz 1/16 finalda Gerasimos Tzavarosdan (Yunanıstan) güclü olub – 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27). Şadlinski ikinci döyüşündə ilk mərhələdən azad olan Ahmed Koçini (Albaniya) sınağa çəkəcək.
Hər iki boksçumuz 1/8 final döyüşünə oktyabrın 2-də çıxacaq.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.

- Azərbaycan boks tarixində ilk: Dünya Kubokunda 3 qızıl medal
- Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda qızıl medal qazanıb
- Boks gecəsində şok anlar: Rinqdə kütləvi dava - VİDEO
- Üç boksçumuz Dünya kubokunun finalında
- Azərbaycanın 4 boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib