Azərbaycan boksçuları Almaniyanın Keinbaum şəhərində keçirilən U-17 Avropa çempionatını 4 medalla başa vurublar.
Apasport.az xəbər verir ki, Gülər Hüseynova (48 kq) finalda Asmin Cabasla (Türkiyə) qarşılaşıb.
MDB Oyunlarının qalibi Avropa çempionatını da titulla yekunlaşdırıb. O, rəqibini 5:0 (29:26, 29:26, 30:25, 30:25, 28:27) hesabı ilə məğlub edib.
Qardaş Rəhimov (46 kq) da komanda yoldaşının uğurunu davam etdirib. O, MDB Oyunlarının ardınca Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçu həlledici görüşdə Birham-Pasa İuseima (Rumıniya) 3:2 (29:28, 30:27, 30:27, 27:30, 28:29) hesabı ilə qalib gəlib.
Millimizin digər üzvlərindən Şahin Aslanov (60 kq) və Şükar Əliyev (75 kq) finalda uduzaraq Avropa çempionatının gümüş medalına yiyələniblər.
Qeyd edək ki, turnirdə 29 ölkədən 382 idmançı mübarizə aparıb.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar