Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar
23.03.2026 - 12:48
Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.
Apasport.az xəbər verir ki, 19 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin üzvləri 2 gümüş və 2 bürünc medal əldə ediblər.
Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) ikinci yeri tutublar. Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə turniri bürünc medalla başa vurublar.
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar
- Millimiz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
0
0