Noyabrın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları start götürəcək.
Apasport.az xəbər verir ki, 15 gün davam edəcək yarışda Azərbaycan boksçuları da mübarizə aparacaqlar.
Kişilərin yarışında Məhəmmədəli Qasımzadə (60 kiloqram), Sərxan Əliyev (70 kiloqram) və Səidcəmşid Cəfərov (80 kiloqram) çıxış edəcəklər.
Qadınların mübarizəsində isə Zeynəb Rəhimova (51 kiloqram), Nərgiz Zeynalova (54 kiloqram), Aynur Mikayılova (57 kiloqram) və Fatimə Mehdiyeva (65 kiloqram) rinqə çıxacaqlar.
Qeyd edək ki, İslamiadada boks yarışları rəsmi açılış mərasimindən öncə başlayacaq. Noyabrın 5-də start götürəcək döyüşlər 5 gün sonra yekunlaşacaq.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar