Azərbaycan kikboksinqçiləri Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Dünya Kubokunda uğurla çıxış ediblər.
Apasport.az xəbər verir ki, təmsilçilərimizdən Allahverdi Dəmirov (K1, 51 kq), Elvin Məmmədov (LK, 57 kq), Məhəmməd İmanov (K1, 60 kq), Qəşəm Məmmədov (LK, 81 kq), Rafiq Babazadə (K1, 57 kq), Əli Mayılzadə (LK, 57 kq), Əli Əkbər (K1, +81 kq), Elmuraz Musayev (LC, 74 kq) qızıl medala sahib çıxıblar.
Rüfət Əhmədzadə (LK, 63,5 kq), Mirzəcan Əliyev (LK, 60 kq), Rəvan Yaralıyev (LK, 81 kq), Elnar Hacıyev (LK, 51 kq), Aylin Hüseynzadə (KL, 42 kq), Aylin Hüseynzadə (LC, 42 kq), Əli Cabbarzadə (LC, 57 kq), Elmir Mirzəliyev (KL, 69 kq), Seymur Quliyev (KL, 42 kq) gümüş medalla kifayətləniblər.
Fərhad Tağızadə (FC, 51 kq), Həbib Əkbərov (LK, 86 kq), Kənan Məmmədli (LK, 67 kq), Elmir Mirzəliyev (LC, 69 kq), Ramiz Məmmədov (FC, 57 kq), Əli Qarayev (LC, 69 kq), Allahverdi Hacıyev (LK, 81 kq), İbrahim Quliyev (FC, 81 kq) və Qurban Vəliyev (LK, 67 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar