Kişi boksçulardan ibarət Azərbaycan millisi Özbəkistanda təlim-məşq toplanışı keçəcək.
Apasport.az xəbər verir ki, komanda baş məşqçi Ravşan Xocayevlə məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Daşkənddə hazırlığa qatılacaq.
Oktyabrın 12-dən başlayacaq toplanışda Zəlimxan Süleymanov (55 kq), Maqsud Xasmetov, Məhəmmədəli Qasımzadə (hər ikisi 60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərov (75 kq) iştirak edəcəklər.
Özbəkistanda məşqlər oktyabrın 26-da yekunlaşacaq.
Daşkənd toplanışında Azərbaycan millisi Kuba, Qazaxıstan, Qırğızıstan, Özbəkistan yığmaları, həmçinin Rusiyanın 2 heyəti ilə məşq keçəcək.
Qeyd edək ki, hazırlıq çərçivəsində sınaq döyüşləri də nəzərdə tutulub.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar