Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarına start verilib.
Apasport.az xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirə millimizin 3 idmançısı qələbə ilə başlayıb.
Boksçumuz Aysel Fərəcova (46 kq) 1/4 final çərçivəsində Aleksandra Kutsikova (Belarus) ilə üz-üzə gəlib.
O, rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:26) hesabı ilə qalib gəlib. Fərəcova yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.
Yığma üzvü növbəti görüşünü oktyabrın 2-də Ruxşonabonu Ahadovaya (Özbəkistan) qarşı keçirəcək.
Cəmilə Muradlı (54 kq) da adını yarımfinala yazdırıb. Boksçumuz startda Nigora Yusupovaya (Tacikistan) ilk raundda tam üstünlüklə qalib gəlib.
Özü üçün azı bürünc medalı təmin edən Muradlı finala gedən yolda Adelayda Sadvakassova (Qazaxıstan) ilə üz-üzə gələcək. Döyüş oktyabrın 2-nə təsadüf edəcək.
63 kq-da Haqverdi Həsənov isə 1/4 finalda Bahdan Şaşlikovdan (Belarus) güclü olub. O, rəqibini 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27) hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən boksçumuz bu mərhələnin döyüşündə David Karababayevlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 3-də olacaq.
Qeyd edək ki, MDB Oyunlarında boks yarışlarına oktyabrın 5-də yekun vurulacaq
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar