Boks üzrə Azərbaycan hakimləri Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçib.
Apasport.az xəbər verir ki, ədalət təmsilçilərimizin beynəlxalq kateqoriyası 2 ulduzdan 3 ulduza artırılıb.
Bu nailiyyətə Rövşən Qədirovla Qalib Əbiyev Rumıniyanın Breila şəhərində təşkil olunan “Drakula Open”, Anar Nağdıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində imza atıb. IBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.
Bununla da ölkəmizdə 3 ulduzlu hakimlərin sayı 6-ya yüksəlib. Daha öncə Emil Qurbanəliyev, Anar Babanlı və Fuad Aslanov da bu kateqoriyaya yüksəliblər.
Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artması, onların sayının çoxalması istiqamətində işləri davam etdirir.
- "Adriatik incisi" beynəlxalq turniri: Azərbaycandan 9 boksçu yarışacaq
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Yeniyetmə boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Ölkə çempionatında qız boksçuların yarışı başa çatıb
- Boksçumuz beynəlxalq turnirdə 1/4 finala vəsiqə qazanıb