Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
06.08.2026 - 19:27
Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib.
Apasport.az xəbər verir ki, hazırlıqlar baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Almaniyadan sonra Bakıda davam etdirilir.
Bakı Boks Mərkəzində təşkil olunan toplanışda yığmamızla yanaşı, Türkmənistan millisi də iştirak edir. Birgə məşqlər avqustun 22-də yekunlaşacaq.
Toplanış Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
- Azərbaycan boksçularının ilk rəqibləri bəlli olub
- Azərbaycan boksçuları Sofiyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər
- Azərbaycan boksçuları Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
- Millimiz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
- U-15 Azərbaycan kubokunun qalibləri müəyyənləşib
0
0