“Biz komanda olaraq III MDB Oyunlarına yaxşı hazırlaşmışıq. Yarışda 63 kiloqram çəki dərəcəsində iştirak edirəm. Bu gün Belaruslu idmançıya birinci raundda uduzdum, lakin ikinci və üçüncü raundda qalib gəldim”.
APA-nın yerli müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində III MDB Oyunlarının Yevlax Olimpiya Kompleksində təşkil olunan boks yarışında çıxış edən Azərbaycan boksçusu Haqverdi Həsənov deyib.
O, həmçinin komanda üzvlərinin ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını vurğulayıb: “Bizim məqsədimiz yarışda qalib gələrək, bayrağımızı yüksəltmək və himnimizi səsləndirməkdir. İnanıram ki, idmançılarımız buna nail olacaqlar”.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar