Sentyabrın 28-də Bakıda boks üzrə İBA (Beynəlxalq Boks Assosiasiyası) Çempionlar Gecəsi təşkil olunacaq.
Apasport.az xəbər verir ki, ABF-nin 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq.
Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq. 51 kq-da Avropa çempionu Nicat Hüseynov Con Zulueta (Filippin) ilə üz-üzə gələcək.
Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (+92 kq) müvafiq olaraq Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə qarşılaşacaq.
İBA Çempionlar Gecəsində üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+92 kq) da rinqə çıxacaq. Millinin sabiq üzvünün rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq.
Qeyd edək ki, İBA Çempionlar Gecəsi saat 18:00-da start götürəcək.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar