Mayın 16-da yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turniri başlayacaq.
Bu barədə apasport.az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstan yığmaları iştirak edəcək.
200-dən çox boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev Kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.
Azərbaycan millisi yarışda geniş heyətlə mübarizə aparacaq. Komandanın baş məşqçisi Vaqif Kazımov 60 yeniyetməni sınaqdan keçirəcək.
Qeyd edək ki, “Heydər Əliyev Kuboku-2025″in supervayzeri İqor Biletski (Ukrayna), baş hakimi Anar Babanlı olacaq.
- Azərbaycan boksçuları Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklər
- 3 boksçumuz Dünya kubokunda mərhələ adlayıb
- İki boksçumuz Dünya kubokuna qələbə ilə başlayıb
- Azərbaycanın yeniyetmə boksçuları Serbiyadakı Millətlər Kubokunda 13 medal əldə ediblər
- Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar