Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada təlim-məşq toplanışı keçəcək.
Apasport.az xəbər verir ki, hazırlıqda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Zəlimxan Süleymanov, Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hər üçü 60 kq), Zaur Qəhrəmanov, Malik Həsənov (hər ikisi 65 kq), Nəbi İsgəndərov (70 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+90 kq) iştirak edəcəklər.
Millimiz iyunun 28-də yekunlaşacaq toplanışda ABŞ, Kanada, Belçika, Qazaxıstan, İsveçrə və Avstraliya ilə birgə məşq edəcək, sınaq döyüşləri keçirəcək.
Hazırlığın yekununda Zaur Qəhrəmanov, Məhəmmədəli Aşurəliyev və Zəlimxan Süleymanov Bakıya dönəcək, digər boksçularımız Qazaxıstanda keçiriləcək Dünya kubokuna qatılacaq. Bu yarış iyunun 30-dan iyulun 7-dək davam edəcək. Dünya kubokunda, həmçinin qadın boksçularımızdan Marjona Savriyeva (51 kq), Zeynəb Rəhimova (54 kq) və Aynur Mikayılova (57 kq) mübarizə aparacaq.
Qeyd edək ki, bu gün Astanaya yollanacaq kişi boksçularımız iyulun 8-də Bakıya qayıdacaqlar. Qadınlardan ibarət millimiz isə Türkiyənin Kastamonu şəhərində hazırlıq keçir.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar