Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirində 1/4 finala yüksəlib.
Apasport.az xəbər verir ki, Mirşərif Kazımzadə (75 kq) irlandiyalı Qavin Rafferti ilə döyüşüb.
Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb. M.Kazımzadə 1/4 finalda Cavohir Ummataliyevlə (Özbəkistan) üz-üzə gələcək.
Sərxan Əliyev (71 kq) 1/8 finalda Əsgərxan Madiyevlə (Gürcüstan) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Boksçumuz ikinci döyüşündə Farux Toxtassunovu (Qazaxıstan) sınağa çəkəcək.
Qeyd edək ki, turnirə martın 2-də yekun vurulacaq.
- “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirində 185 boksçu mübarizə aparacaq
- Azərbaycan boks tarixində ilk: Dünya Kubokunda 3 qızıl medal
- Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda qızıl medal qazanıb
- Boks gecəsində şok anlar: Rinqdə kütləvi dava - VİDEO