Boksçularımız dünya çempionatında 2 bürünc medal qazanıblar
13.09.2025 - 09:25
Azərbaycan boksçuları İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında 2 medal qazanıblar.
Apasport.az xəbər verir ki, millinin heyətində Səidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (90 kq) mundialı 3-cü pillədə başa vurublar.
Cəfərov (75 kq) dünya çempionatının yarımfinalında özbəkistanlı Fazliddin Erkinboyevlə qarşılaşıb və rəqib mərhələ adladığından boksçumuz bürünc medala sahib olub.
Alfonso Dominqes (90 kq) isə yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə üz-üzə gəlib. Rəqib finala vəsiqə qazandığı üçün dünya çempionumuz 3-cü yeri tutub.

- Azərbaycan boks tarixində ilk: Dünya Kubokunda 3 qızıl medal
- Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda qızıl medal qazanıb
- Boks gecəsində şok anlar: Rinqdə kütləvi dava - VİDEO
- Üç boksçumuz Dünya kubokunun finalında
- Azərbaycanın 4 boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib
0
0