Qazaxıstanın paytaxtı Astanada boks üzrə Dünya kuboku davam edir.
Apasport.az xəbər verir ki, 30 ölkənin 300-ə yaxın idmançısının qatıldığı yarışa Azərbaycan millisinin 2 boksçusu qələbə ilə başlayıb.
Məhəmmədəli Qasımzadə (60 kq) 1/8 finalda Donqvan Yanqı (Cənubi Koreya) məğlub edib. Boksçumuz 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, ikinci görüşündə Yohan Aquera (Dominikan Respublikası) ilə döyüşəcək.
Məhəmməd Abdullayev (+90 kq) isə Byeknur Xalini (Monqolustan) mübarizədən kənarlaşdırıb. Milli üzvü 5:0 (30:26, 30:25, 30:26, 30:25, 30:25) hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib. Abdullayev bu mərhələdə ilk görüşdən azad olan Taeunq Yu (Cənubi Koreya) ilə üz-üzə gələcək.
Hər iki qarşılaşma iyulun 3-də olacaq.
Qeyd edək ki, 11 boksçu ilə qatıldığımız Dünya kubokunda ölkəmizi Emil Qurbanəliyev və Anar Babanlı hakim kimi təmsil edirlər.
- Azərbaycan boks tarixində ilk: Dünya Kubokunda 3 qızıl medal
- Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda qızıl medal qazanıb
- Boks gecəsində şok anlar: Rinqdə kütləvi dava - VİDEO
- Üç boksçumuz Dünya kubokunun finalında
- Azərbaycanın 4 boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib