Azərbaycanı Serbiyada təşkil olunacaq ISF U-15 Gimnaziada İdman Oyunlarının Multi-idman yarışlarında təmsil edəcək boksçular müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Kadetlərin böyük məşqçisi Vüqar Məmmədov və məşqçi Samir Məmmədov Zlatiborda keçiriləcək oyunlarda Babək Abdullayev (40 kq), Kazım Baxışov (42 kq), Azad Məmmədli (44 kq), Məmməd Həsənli (46 kq), Amin Həsənov (48 kq), İsmayıl Aslanlı (50 kq), Yusif Əli (52 kq), Nəriman Əli (54 kq), Sabir Rüstəmov (57 kq), Sərxan Haqverdiyev (63 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (75 kq) və Yusif Ağakişiyevə (80 kq) şans verəcək.
Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayevin rəhbərliyi altında isə Nəzrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (40 kq), Aişə Muradova (44 kq), Ayşən Miriyeva (46 kq), Nuray Qafarova (48 kq), Leyla Mahmudlu (51 kq), Kəmalə Həsənova (54 kq) və Xumar Cəfərli (70 kq) rinqə çıxacaqlar.
Qeyd edək ki, yarış aprelin 4-dən 14-dək keçiriləcək. Boksçuların mübarizəsinə aprelin 7-də start veriləcək və 6 gün sonra yekun vurulacaq. Komanda Serbiyaya aprelin 4-də yollanacaq.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar