Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
07.05.2026 - 18:10
Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2026” beynəlxalq turnirinə yekun vurulub.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Boks Mərkəzində keçirilən yarışda 8 ölkənin 185 idmançısı qüvvəsini sınayıb. Altı gün davam edən yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Bu gün baş tutan final döyüşlərini Azərbaycan Boks Federasiyasının rəsmiləri, Olimpiya və dünya çempionatının mükafatçıları izləyiblər. Onlar mükafatlandırma mərasimində də iştirak ediblər.

Azərbaycan millisi turniri 45 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət komandanın heyətində Aydın Şahbazov (44 kq), Həsrət Məmmədov (46 kq), Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Məhəmmədəli İstamov (57 kq), Vəkil Qurbanov (63 kq), Yusif Ağakişiyev (75 kq) və Şükar Əliyev (80 kq) çempion tituluna yiyələniblər.

Yalnız finalda uduzan İlhan Məmiyev (44 kq), Sərxan Ağazadə (46 kq), Nihad Məmmədli (48 kq), Vaqif Məhəmmədli (50 kq), Qardaş Rəhimov (52 kq), Əli Camalzadə (57 kq), Əli Abaslı (60 kq) və Saleh Fərəcov (80 kq) ikinci yerlə kifayətləniblər.

Digər boksçularımızdan Rəvan Həşimov (44 kq), Yusif Hüseynov (46 kq), Nizami Əliyev (48), Rəsul Babazadə, Sahib Baxışlı (hər ikisi 50 kq), Mirtahir Əhmədli (52 kq), Elcan Musazadə (54 kq), Aydın Əliyev, Tunar Mehdiyev (hər ikisi 60 kq), Yusif Məmmədli (66 kq), Hidayət Məmmədov (70 kq) və Mehran Rəsulov (+80 kq) bürünc mükafat qazanıblar.

İlkin Ağayevin baş məşqçisi olduğu U-17 qız komandamızın heyətində Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq) və Səma Abbasova (66 kq) turnirin qalibi adına yiyələniblər.

Yeganə Rəhimova (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Rəmziyə Mirzəyeva (70 kq) gümüş, Nəsrin Abdullazadə, Aysan Miriyeva (hər ikisi 46 kq), Nurgül Ocaqova (48 kq), Tunca Mürşüdova, Sima İsmayılova (hər ikisi 50 kq), Alsu Yafarova (52 kq), Nərmin Abdullazadə, Ayan Novruzlu (hər ikisi 54 kq), Emiliya Beydullayeva (57 kq) və Aynur Vəlizadə (63 kq) bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan yığması turniri 11 qızıl, 12 gümüş və 22 bürünc medalla bitirib.

Yarışda komanda hesabında millimiz birinci yeri tutub və Heydər Əliyev Kubokuna sahib olub. İkinci pilləyə Gürcüstan (4-2-4) yiyələndiyi halda, “üçlüy”ü Qazaxıstan (3-5-7) qapayıb.

Turnirdə ən yaxşı boksçu adına Aliimran Aliyev (Qazaxıstan) layiq görülüb. İlqar Qasımzadə (Azərbaycan) isə ən yaxşı hakim seçilib.