Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası MDB Oyunlarına hazırlığı Çində davam etdirəcək.
Apasport.az xəbər verir ki, Bakıda ilkin mərhələni başa vuran yığmamız növbəti təlim-məşq toplanışını Sincan-Uyğur Muxtar Rayonunda keçəcək.
Baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədov Çində Əli Abaslı (48 kq), Ayxan Həsənov, Məhəmməd Rəsulov (hər ikisi 50 kq), Sadiq Musayev (52 kq), Tunar Mehdiyev, İbrahim Bədəlli (hər ikisi 54 kq), Raul Heydərli, Yusif Əliyev (hər ikisi 57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Adil Zalov (70 kq) və Səftər Məmmədzadəni (+80 kq) yoxlayacaq.
Komandamız burada yerli boksçularla hazırlıq keçəcək, sınaq döyüşləri də keçirəcəklər.
Qeyd edək ki, bu gün səfərə yollanacaq millimiz sentyabrın 1-də Bakıya qayıdacaq.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar