Qadın boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışına start verib.
Apasport.az xəbər verir ki, baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında böyüklərdən və gənclərdən ibarət 10 idmançı Kastamonuda hazırlıq keçir.
O, toplanışa Anaxanım İsmayılova, Banuçiçək Nəsirli (hər ikisi 48 kq), Marjona Savriyeva, Cəmilə Sultanlı (hər ikisi 51 kq), Zeynəb Rəhimova, Aysu Mikayılova, Nərgiz Zeynalova (hər üçü 54 kq), Aynur Mikayılova (57 kq) Özləm Həsənova və Emili Rzayevanı (hər ikisi 65 kq) cəlb edib. Məşqlərdə millimizlə yanaşı, Türkiyə, Özbəkistan və Gürcüstan boksçuları da iştirak edirlər.
Qeyd edək ki, toplanış iyunun 27-də başa çatacaq.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar