Boksçularımızdan 4 medal
02.09.2024 - 22:04
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo və Serbiyanın Subotiça şəhərlərində beynəlxalq turnirdə keçirilib.
Apasport.az xəbər berir ki, Azərbaycan yığmasının məşqçisi Elvin Məmişzadənin rəhbərliyi altında yarışlara qatılan təmsilçilərimiz 3 gümüş və 1 bürünc medal qazanıblar.
75 kq-da çıxış edən Abbasqulu Şadlinski hər iki yarışda ikinci yeri tutub. Bosniya və Herseqovinada Kənan Nəcəfov (92 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Hüseyn Hüseynli (80 kq) isə eyni yarışı bürünc medalla başa vurub.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar
0
0