Boksçumuz İslam Oyunlarını gümüş medalla başa vurdu - FOTO
10.11.2025 - 21:34
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 51 kiloqram çəki dərəcəsində çıxış edən Nərgiz Zeynalova bu gün final görüşünə çıxıb.
İdmançımız türkiyəli Taskın Aysen ilə üz-üzə gəlib.
Təmsilçimiz bu görüşdə məğlub olaraq gümüş medala sahib çıxıb.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar
0
0