Azərbaycanın 8 boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında 1/4 final mərhələsində mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, 1/8 finalda yığmanın daha 2 idmançısı qələbə qazanıb.
Maqsud Xasmetov (63,5 kq) Ruslan Qafurovdan (Tacikistan) güclü olub. O, rəqibini 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Xasmetov 1/4 finalda Omar Livaza (Qırğızıstan) ilə döyüşəcək.
Sərxan Əliyev (71 kq) də növbəti qələbəsini qazanıb. Dünya çempionatının mükafatçısı bu dəfə Arturs Vaisə (Latviya) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Ablayxan Jussupovu (Qazaxıstan) sınağa çəkəcək.
Qeyd edək ki, Xasmetov və Əliyevdən öncə daha 6 boksçumuz 1/4 finalda iştirakını rəsmiləşdirib.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar