Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 3 idmançısı qələbə qazanıb.
Zəlimxan Süleymanov (54 kq) 1/16 finalda Kxaya Sonqve (Esvatini) ilə döyüşüb. Boksçumuz rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Rafael Losanonu (İspaniya) sınağa çəkəcək.
Məhəmmədəli Aşurəliyev (60 kq) daha bir mərhələ adlayıb. O, ikinci görüşündə Raşid Mrema (Tanzaniya) ilə mübarizə aparmalı olsa da, rəqib rinqə çıxmayıb. Aşurəliyev 1/8 finalda Enrike Kakulovla (İspaniya) gücünü yoxlayacaq.
Cəidcəmşid Cəfərov (75 kq) da debütünü qələbə ilə başa vurub. Boksçumuz Maykl Likaluya (İBA) qalib gəlib – 4:3 (29:28, 29:28, 28:29, 29:28, 28:29, münsiflər 1:1). Cəfərov 1/8 finalda Amir Abbasla (Bəhreyn) münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, mundaiala dekabrın 13-də yekun vurulacaq.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar