Bakıda "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirdə yeniyetmə qız boksçuların mübarizəsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisi 17 medal qazanıb.
İlkin Ağayevin baş məşqçisi olduğu U-17 komandamızın heyətində Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq) və Səma Abbasova (66 kq) turnirin qalibi adına yiyələniblər.
Yeganə Rəhimova (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Rəmziyə Mirzəyeva (70 kq) gümüş, Nəsrin Abdullazadə, Aysan Miriyeva (hər ikisi 46 kq), Nurgül Ocaqova (48 kq), Tunca Mürşüdova, Sima İsmayılova (hər ikisi 50 kq), Alsu Yafarova (52 kq), Nərmin Abdullazadə, Ayan Novruzlu (hər ikisi 54 kq), Emiliya Beydullayeva (57 kq) və Aynur Vəlizadə (63 kq) bürünc medal qazanıblar.
Beləliklə, 3 qızıl, 4 gümüş və 10 bürünc medal qazanan Azərbaycan millisi qız boksçuların yarışında komanda hesabında 1-ci yeri tutub. İkinci yeri Gürcüstan (3-1-1), üçüncü pilləni neytral idmançılardan ibarət komanda (AİN, 1-2-1) tutub.
Qeyd edək ki, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komandanın qatıldığı yarışda oğlanların mübarizəsinə sabah yekun vurulacaq.
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar
- Millimiz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək