Azərbaycanın daha iki təmsilçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən boks üzrə U-23 Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Sübhan Mamedov (50 kq) Salvator Attrattivonu (İtaliya) hər 3 raundda məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27).
O, yarımfinalda Luis Runi (İrlandiya) ilə üz-üzə gələcək.
Səbuhi Əlizadə (+90 kq) də 1/4 final döyüşünü xeyrinə bitirib. Gəncə boks məktəbinin yetirməsi İliya Zinkovskiyə (Ukrayna) ikinci raundda tam üstünlüklə qalib gəlib. Boksçu finala gedən yolda Marko Perkoviçi (Xorvatiya) sınağa çəkəcək.
Beləliklə, Avropa çempionatının yarımfinalına yüksələn idmançıların sayı 3-ə yüksəlib. Daha öncə Tağı Nəsibov (60 kq) da bu hüquqa yiyələnib.
Qeyd edək ki, yarımfinala vəsiqə qazanan boksçular özləri üçün azı bürünc medalı təmin ediblər. Bu mərhələnin görüşləri noyabrın 28-də baş tutacaq.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar