Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya kubokunda 1/4 finala yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin daha 2 boksçusu bu mərhələni qələbə ilə bitirib.
Yığma üzvlərindən Məhəmmədəli Qasımzadə (60 kq) Yohan Aquera (Dominikan Respublikası) ilə qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda braziliyalı Luis Qabriel do Naskimento ilə döyüşəcək.
Məhəmməd Abdullayev (+90 kq) isə Taeunq Yudan (Cənubi Koreya) güclü olub. Dünya çempionatının mükafatçısı da 5:0 (29:26, 29:26, 29:26, 29:25, 29:26) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə qazaxıstanlı Albek Oralbayla üz-üzə gələcək.
Daha öncə Sübhan Mamedov (50 kq) da adını yarımfinala yazdırıb. Təmsilçimiz bu mərhələdə qazaxıstanlı Sanjar Taşkenbayı sınağa çəkəcək.
Qeyd edək ki, yarımfinala yüksəlməklə bürünc medalı təmin edən boksçularımız final uğrunda görüşə iyulun 5-də rinqə çıxacaqlar.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar