Malik Həsənov Avropa çempionatına qələbə ilə başlayıb
18.04.2024 - 20:23

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan Malik Həsənov 1/16 final çərçivəsində Laşa Qaqnidze (Gürcüstan) ilə qarşılaşıb.
Döyüş boksçumuzun qələbəsi ilə başa çatıb. Həsənov 1/8 finalda ilk mərhələdən azad olan ispaniyalı Oyer İbarriçe ilə üz-üzə gələcək. Görüş aprelin 21-də olacaq.
Qeyd edək ki, 34 ölkədən 337 (216 kişi, 121 qadın) idmançının qatıldığı Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.
- Boksçularımız Serbiyada 6 medal qazanıb
- Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
- Qadın boksçularımız Belqradda beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Bakıda keçirilən Çempionlar Gecəsi ilin ən yaxşı yarışları sırasında yer alıb
- Boks federasiyası əcnəbi hakimlərə sertifikat təqdim edib - foto
0
0