Millimiz Eyndhoven kubokundan 3 medalla qayıdır
10.06.2025 - 12:57
Niderlandın Eyndhoven şəhərində boks üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan millisi yarışı 3 medalla başa vurub.
Apasport.az xəbər verir ki, yığmamızın heyətində Məhəmmədəli Aşurəliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Əli Abdullayev (65 kq) Eyndhoven kubokunu gümüş, Nəbi İsgəndərov (70 kq) isə bürünc medalla bitirib.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar
0
0