Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Apasport.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yığma Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.
Hazırlığa Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) cəlb olunublar.
Bu gün start götürəcək məşqlər mayın 18-dək davam edəcək. Boksçuların hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.
Qeyd edək ki, toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.
- Azərbaycan boksçuları Avropa çempionatını 4 medalla başa vurublar
- Azərbaycanın 4 boksçusu Avropa çempionatının finalında
- 2 boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib
- Azərbaycan boksçusu 19 yaşında dünya çempionu olub
- Dünya çempionatında bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb