Sadıqova 4 illik dopinq cəzası – Diskvalifikasiya rəsmiləşdi
17.04.2025 - 10:35
Azərbaycan boksçusu Fərid Sadıqov dopinq qaydalarını pozduğu üçün 48 ay müddətinə yarışlardan kənarlaşdırılıb.
Apasport.az xəbər verir ki, Sadıqovun nümunələrində qadağan olunmuş maddələrin, onların metabolitlərinin və ya markerlərinin izləri aşkarlanıb.
Bununla yanaşı, o, həm də qadağan edilən maddədən və ya üsuldan istifadə etdiyi və ya bu istiqamətdə cəhd göstərdiyi üçün də cəzalandırılıb.
Diskvalifikasiya qərarı 2024-cü il yanvarın 1-dən qüvvəyə minib və sanksiya 2028-ci ilin eyni tarixinə qədər davam edəcək.
- Avropa çempionatı: Millimizinin daha iki üzvü yarımfinalda
- Avropa çempionatı: İki boksçumuz yarımfinalda
- Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
- Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
- Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub
0
0