Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatına start verilib.
Apasport.az xəbər verir ki, mundailın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
50 kq-da mübarizə aparan Marjona Savriyeva debütdə Mihaela Badesku (Rumıniya) ilə döyüşüb. Rəqib ikinci raundda zədələndiyindən həkimlər görüşün davamına icazə verməyiblər. İlk raundu xeyrinə bitirən Savriyeva mərhələ adlayıb. O, 1/8 finalda ilk mərhələdən azad olan bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək. Döyüş martın 11-də baş tutacaq.
Qeyd edək ki, mundialın ikinci günündə millimizin 2 boksçusu gücünü yoxlayacaq.
- Azərbaycan boksçuları Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
- Millimiz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
- U-15 Azərbaycan kubokunun qalibləri müəyyənləşib
- Boksçularımız Türkiyə və Belarus milliləri ilə birgə hazırlıq keçəcək
- Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək