UFC çempionu Taysonun rəqibini təhqir etdi
15.11.2024 - 16:46
Əfsanəvi boksçu Mayk Tayson özündən 31 yaş kiçik yutuber Ceyk Polla döyüşəcək.
Apasport.az xəbər verir ki, UFC orta çəki çempionu Şan Striklend Polun bu görüşü qəbul etməsini sərt tənqid edib.
"Sən 60 yaşlı bir kişi ilə döyüşürsən. Axmaqsan? Bu matç qeyri-qanuni olmalı idi. Tayson 1 ay əvvəl xəstəxanalıq olmuşdu, çünki o, yaşlı bir adamdır. Lənətə gəlmiş sarsaq, Ceyk! Həyatını riskə ataraq pul qazanmağa çalışan 60 yaşlı adamla döyüşürsən, şərəfsiz".
Qeyd edək ki, Şan Striklend daha əvvəl də Ceyk Polla mübahisə yaşayıb.
- "Adriatik incisi" beynəlxalq turniri: Azərbaycandan 9 boksçu yarışacaq
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Yeniyetmə boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Ölkə çempionatında qız boksçuların yarışı başa çatıb
- Boksçumuz beynəlxalq turnirdə 1/4 finala vəsiqə qazanıb
0
0