Bu gün Milli Gimnastika Arenasında start götürən Bakı Böyük Dəbilqə turnirinin ilk yarış günündə üç cüdoçumuz bürünc medal uğrunda tatamiyə çıxacaq.
Apasport.az xəbər verir ki, kişilər arasında -60 kq çəki dərəcəsində Balabəy Ağayev Belçika təmsilçisi Yorre Verstraten, Əhməd Yusifov isə Ukrayna cüdoçusu Dilşot Xalmatovla bürünc medal uğrunda qarşılaşacaq. -66 kq çəki dərəcəsində mübarizə aparan Elşən Əsədov isə üçüncü yer uğrunda Özbəkistan idmançısı Azizbek Ortikovla tatamiyə çıxacaq.
Final qarşılaşmaları saat 17:00-da başlayacaq. Yarış “İdman” telekanalı vasitəsilə canlı yayımlanacaq.
- Cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
- Bakıda 483 cüdoçu birincilik uğrunda mübarizə aparacaq
- Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
- Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
- İbrahim Talıbov: “Verdiyim sözü tutdum”