60 cüdoçu kəmər dərəcələri üzrə imtahan verib
16.04.2025 - 18:21
60 cüdoçu kəmər dərəcələri üzrə imtahan verib

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Apasport.az xəbər verir ki, 60 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı və narıncı kəmər dərəcələri üzrə imtahan verib.

İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.