Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini və idman direktoru Kamran Talıbovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, qurum rəsmisi yeni yaradılan liqalarla bağlı jurnalistlərə məlumat verib.
"Liqaların yaradılmasında əsas məqsədlərdən biri ondan ibarətdir ki, yığılan xallar millilərin formalaşmasında əhəmiyyət daşısın. Bu yarışlarda Azərbaycan yığmasının məşqçiləri iştirak edəcəklər. Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq. İdmançılara mükafat fondu ayrılıb. Birbaşa özlərinə təqdim olunacaq. Bundan əlavə, klublara da dəstək veriləcək".
Qeyd edək ki, cüdo liqaları 3 yaş qrupu üzrə keçiriləcək. Böyüklərdə yalnız kişi, U-17 və U-14 liqalarında isə həm oğlan, həm də qız cüdoçular iştirak edəcəklər.
- Cüdoçularımız Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTO
- "İstedadların seçimi" yarışının II turu başa çatıb
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
- Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək