Azərbaycan Cüdo Federasiyası (ACF) rəsmiləri bp şirkətinin nümayəndə heyəti ilə adaptiv cüdo layihəsi üzrə görüş keçiriblər.
Apasport.az xəbər verir ki, bp şirkətinin üzvləri ACF-nin fəaliyyəti, həmçinin son bir ildə həyata keçirilən adaptiv cüdo layihəsinin nəticələri ilə tanış olublar.
Görüşdə bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, cüdo üzrə Hartfordshire Universitetinin professoru Mayk Kallen, Avropa Cüdo Birliyinin Təhsil komitəsinin üzvü Nuno Delqado və hər iki təşkilatın digər nümayəndələri iştirak ediblər.
- Cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
- Bakıda 483 cüdoçu birincilik uğrunda mübarizə aparacaq
- Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
- Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
- İbrahim Talıbov: “Verdiyim sözü tutdum”