
Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub.
Apasport.az xəbər verir ki, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.
Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.
Hidayətə tezliklə sağalaraq tatamiyə daha güclü qayıtmasını arzulayır, cüdoçularımıza isə Avropa çempionatında uğurlar diləyirik!
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.
- Cüdo üzrə Liqa yarışının III turu başa çatıb - FOTO
- Dünya çempionatı: Azərbaycan cüdoçuları üçüncü günü medalsız başa vurublar
- FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş cüdo çempionatına yekun vurulub - FOTO
- Bakıda cüdo üzrə Liqa yarışının III turu start götürüb - FOTO
- İdmançımız dünya üçüncüsü olub