23–27 aprel tarixlərində Monteneqronun paytaxtı Podqoritsa şəhərində böyüklər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 16 cüdoçu (9 kişi, 7 qadın) fərdi yarışlarda təmsil edəcək.
Milli komandanın üzvləri performans direktor və böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdullatif və məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.
Qeyd edək ki, Azərbaycan Avropa çempionatları tarixində ilk dəfə böyüklər arasında qarışıq komanda yarışında da iştirak edəcək. Həmçinin, Olimpiya çempionlarımız Hidayət Heydərov və Zelim Kotsoyev Paris Olimpiadasından sonra ilk dəfə tatami üzərinə çıxacaqlar.
- Cüdoçularımız Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTO
- "İstedadların seçimi" yarışının II turu başa çatıb
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
- Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək