Azərbaycan növbəti dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin rəsmi təqviminə daxil olan yarış mayın 4-5-də yenidən Göygöldə baş tutacaq.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib ki, yarışın regionda keçirilməsi cüdonun ölkəmizdə kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rol oynayır. O, bu turnirin yeniyetmələrdən ibarət yığma üzvlərinin öz peşəkarlıqlarını artırmaları, həmçinin yeniyetmələr arasında Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını da vurğulayıb.
Qeyd edək ki, Avropa Kuboku bitdikdən sonra iştirakçı ölkələrin idmançılarının iştirakı ilə mayın 6-8-də beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək.
- Cüdoçularımız ilin son təlim-məşq toplanışını Şamaxıda keçirlər
- ACF məşqçilər üçün seminar və imtahan təşkil edib
- Cüdo üzrə ölkə birinciliyinə start verilib - FOTO
- 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrəAzərbaycan birinciliyi başa çatıb – komanda yarışlarının qalibləri müəyyənləşib