Mayın 21-24-ü aralığında Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq.
Apasport.az xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır, namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdırlar.
Bildirilib ki, seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və inkişaf etdirməkdir. Seminar həmçinin məşqçilərin motivasiyasını artıracaq, onların peşəkar bacarıqlarını daim artırmağa həvəsləndirəcək.
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu
- Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək