Azərbaycanın deflimpiya cüdoçusu Coşqun Əliyev İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən "Ecole Mont-Olivet Deaf Judo Masters Top 18" turnirində qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı dairəvi sistem üzrə keçirilən yarışda üç görüş keçirib.
Yarışa inamlı start verən C. Əliyev ilk görüşündə 2025-ci il deflimpiya çempionu, braziliyalı Dantes Pedro ilə qarşılaşıb.
Təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edib.
İkinci görüşdə qazaxıstanlı Aktınberk Kakitayevə 0:1 hesabı ilə uduzsa da, cüdoçu son qarşılaşmada türkiyəli Nurullah Dündarı ipponla məğlub edərək turnirin qalibi olub.
Beləliklə, C. Əliyev qızıl medal qazanaraq "Masters Top 18" turnirinin ilk azərbaycanlı qalibi kimi tarixə düşüb.
Bu nəticə ilə eşitmə qabiliyyəti məhdud idmançılar arasında Azərbaycan cüdosunda daha bir ilkə imza atılıb.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu