Cüdoçularımız Avropa Kubokunda iştirak edəcək
24.05.2024 - 19:08
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcək

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan yığması Koimbra Avropa Kubokunda iştirak edəcək.

Apasport.az xəbər verir ki, turnir Portuqaliyanın Koimbra şəhərində mayın 25-26-da keçiriləcək.

Avropa Kubokunda 23 ölkədən 547 idmançı qüvvəsini sınyacaq. Azərbaycan millisi yarışda qızlar və oğlanlar arasında 6 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmə oğlanlardan ibarət komandanın məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Qızlar
48 kq

Diana Eldarova
Nuranə Hacızadə

52 kq
Aysun Məmmədova
Səmayə Yusifli

57 kq
Aytən Verdiyeva

Oğlanlar
60 kq

Fərid Qarayev
Özqan Quliyev
Nihad Rəhimov

66 kq
Ümüd Qurbanov
Ramil Mahmudov
Kənan Sadıqov
Səlim Sultanov

90 kq
Hüseyn Eyvazlı

0