DÇ: Cüdoçularımız 2-ci günü medalsız başa vurdu - YENİLƏNİB
05.10.2026 - 14:18
DÇ: Cüdoçularımız 2-ci günü medalsız başa vurdu - YENİLƏNİB

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvləri mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, 52 kq çəki dərəcəsində tatamiyə çıxan Gültac Məmmədəliyeva 1/16 finalda İsrail təmsilçisi Gefen Primo ilə üz-üzə gəlib və qalib gəlib.

O, 1/8 finalda avstraliyalı Tinka İstonu da məğlub edərək 1/4 finala yüksəlib.

Cüdoçumuz bu mərhələdə italiyalı Odette Qyuffridaya məğlub olub. Məmmədəliyeva təsəlliverici görüşdə Monqolustan təmsilçisinə də uduzaraq dünya çempionatında mübarizəni dayandırıb.

Qeyd edək ki, bu gün tatamiyə çıxan Nizami İmranov, Turan Bayramov və Ruslan Paşayev də (hamısı 66 kq) mübarizəni dayandırıblar.