Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku başa çatıb.
Apasport.az xəbər verir ki, cüdoçularımız yarışda ümumilikdə 5 medal qazanıblar.
Turnirin ikinci günündə idmançılarımız bir gümüş və bir bürünc medala sahib olublar.
Oğlanlar arasında -73 kq çəkidə Ayxan Həsənli gümüş mükafatçı olub. -90 kq çəki dərəcəsində tatamiyə çıxan Səid Qurbanlı isə bürünc medala yiyələnib.
Qeyd edək ki, yarışın ilk günündə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova və Röyal Qayıbov isə bürünc medal qazanmışdılar. Beləliklə, Avropa kubokunu 5 medalla (2 gümüş və 3 bürünc) başa vuran millimiz ümumi komanda hesabında 24 ölkə arasında 7-ci yeri tutub.
- Cüdoçularımız Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTO
- "İstedadların seçimi" yarışının II turu başa çatıb
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
- Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək