Cüdoçumuz finalda!
12.10.2024 - 15:31
Cüdoçumuz finalda!

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də finala yüksəlib.

Apasport.az xəbər verir ki, idmançı yarımfinalda Gürcüstan təmsilçisi Dimitri Qoçilaidzeyə qalib gəlməklə buna nail olub.

Eyni çəkidəki Ömər Rəcəbli təsəlliverici qarşılaşmada uduzub.

Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq. Nəriman Mirzəyev (hər ikisi 73 kq) isə ilk dueldə məğlub olaraq mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan 6 cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc mükafat əldə edib.

0