Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında ölkə çempionatının açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, mərasimdə ACF və GİN rəsmiləri iştirak ediblər.
Nazir müavini Mariana Vasileva çıxış edərək iştirakçılara uğurlar arzulayıb.
Builki Azərbaycan çempionatı nüfuzlu beynəlxalq “Grand Slam” turnirləri səviyyəsində təşkil olunub. Təşkilatçılıqdan yarış standartlarına qədər hər bir detal ən yüksək keyfiyyəti əks etdirir və həm idmançılar, həm də tamaşaçılar üçün unudulmaz bir təcrübə təmin edir.
Qeyd edək ki, Azərbaycan çempionatı Bakı İdman Sarayında təşkil olunub. Yarışa dekabrın 1-də yekun vurulacaq.